Səs prodüseri
Musiqi prodüseri və ya səs prodüseri — musiqi əsərlərinin hazırlanması və istehsalından məsul şəxs, səsyazma layihəsinin yaradıcı və texniki tərəflərinə nəzarət, studiya vaxtını idarə edən şəxsdir. Musiqi prodüseri musiqi ifaçılarının seçilməsi, mahnı ideyalarının hazırlanması, melodiyalar bəstələmək, səsyazma studiyasında işləyərkən musiqiçilərə mentorluq edən, səsyazma, miks və masterinq prosesinə nəzarət edən şəxsdir.
Musiqi prodüseri icraçı prodüserdən fərqlənir. İcraçı prodüser musiqiçinin karyerasını idarə edən və hüquqi dəstəyindən, leybllar ilə əməkdaşlıqdan, reklam təbliğatından, sifarişdən, qastrol fəaliyyətlərindən və s. məsul şəxsdir.
Səsyazma prodüseri fikir toplamaq, musiqi bəstələmək, sessiya musiqiçilərini seçmək, mahnı aranjımanında dəyişikliklər təklif etmək, ifaçılara məşqçilik etmək, seanslara nəzarət etmək, səslərin mikslənməsinə nəzarət etmək və bəzi hallarda masterinqə nəzarət etmək daxildir.